Bakıda Oscar Film Festivalı keçiriləcək

Bakıda Oscar Film Festivalı keçiriləcək


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Bakı Oskarı"2 qısametrajlı film festivalı keçiriləcək.

Layihənin rəhbəri Bəylər Ağayev Gecce.az-a bildirib ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalında həvəsi olan hər bir şəxs öz filimini çəkərək festivala qatıla bilər. Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film peşəkar münsiflər heyyəti tərəfindən seçiləcək. Dini,siyasi və qeyri etik mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenarist", "Ən yaxşı operator" seçilərək "Bakı Oskarı" nominasiyaları üzrə mükafatlandırılacaq.

Xatırladaq ki, Bakı Oscar Film Festivalının rejissoru Elmar Mammadov bildirib ki, Bakı Oscar Film Festivalı 2015-ci ildə də, keçirilmiş və çox böyük maraqla qarşılanmışdır. Baki Oscar 2 Film festivalı üzərində işlər gedir və bu dəfə daha da marağa səbəb olacağını xatırladıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti