Rusiya "Avroviziya 2017"də iştirakdan imtina edə bilər

Rusiya "Avroviziya 2017"də iştirakdan imtina edə bilər

Rusiyanın "Avroviziya 2017"də iştirakdan imtina edəcəyi haqda xəbər yayılıb.

Gecce.az məlumat verir ki, Ölkə.Az xəbər verir ki, bu məsələni Putinin mətbuat katibi Dmitri Peskov şərh edib.

Bildiyimiz kimi "Avroviziya 2016"nın qalibi Ukrayna olduğuna görə, "Avroviziya 2017" məhz Ukraynada keçiriləcək. Rusiya ilə Ukrayna arasındakı müharibə vəziyyəti nəzərə alındıqda isə Rusiyanın gələn il bu yarışda iştirakdan imtina edə biləcəyi haqda versiyalar ortaya atılıb.

""Avroviziya" yarışı beynəlxalq mərasimdir və qonaqları qəbul edən tərəf bu mərasimin qaydalarına uyğun hərəkət etməlidir. Rusiyanın "Avroviziya 2017"də iştirak edib-etməyəcəyi məsələsi haqda danışmaq isə hələ çox tezdir", deyə Peskov bildirib.

Türkan
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti