Rza Zərrab məhkəməyə məcburi gətiriləcək

Rza Zərrab məhkəməyə məcburi gətiriləcək


Türkiyədə məhkəmə iş adamı Rza Zərrabın məhkəmə prosesinə məcburi gətirilməsinə qərar verib.


Gecce.az Musavat.com-a istinadən xəbər verir ki, İstanbul 34-cü Asliye Cəza Məhkəməsində Rza Zərrabın şikayəti əsasında sıralarında keçmiş polis rəisi və bir jurnalistin də olduğu 6 nəfər haqqında məhkəmə işi açılıb.

Məhkəmə üsullarına uyğun olaraq prosesdə iştirak etməyən və buna görə də heç bir səbəb bildirməyən R.Zərrabın məcburi şəkildə məhkəməyə gətirilməsi qərara alınıb.

Məlumata görə, 17-25 dekabrda korrupsiya işində adı keçən R.Zərrab, şantaj vasitəsilə ondan pul istəmələri səbəbi ilə həmin şəxslərdən şikayət etmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hərbçimiz şəhid oldu

24.02.2020 / 13:30
 
Xəbər lenti