Mehriban Hüseynovanın apelyasiya məhkəməsinin vaxtı məlum oldu

Mehriban Hüseynovanın apelyasiya məhkəməsinin vaxtı məlum oldu


Bakı Apellyasiya Məhkəməsində İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması hökmü ilə bağlı verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Gecce.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən M. Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib ki, məhkəmənin ilkin baxış iclası fevralın 17-i saat 14:30-a təyin edilib. Vəkil qeyd edib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib.

Qeyd edək ki, İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbsolunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fevralın 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Qərarla razılaşmayan M. Hüseynov Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Müraciətdə M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti