Pandemiyadan sonra toy qiymətini artıracaq

Pandemiyadan sonra toy qiymətini artıracaq


Əməkdar artist Abbas Bağırov pandemiyadan sonra toy qiymətini artıracaq.


“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “10-da görüşək” proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, hər şeyin məbləği dəyişib:

“Bu gün nəyin qiymətində artım yoxdur? Başa düşə bilmirəm, musiqiçi nə ilə qidalanır? Hava ilə qidalanmır.

Mahnılar, kliplər, aranjimanlar var. Onların qiyməti dəyişmirsə, heç nəyin qiyməti dəyişmir. Müəyyən tədbirlərdə musiqi avadanlıqlarımız olur, onlar köhnəldikcə yenisi alınır, musiqiçilərin alətləri yenilənir. Biz onları alırıq ki, insanlar keyfiyyətli musiqini dinləsinlər. Avadanlıqlara manatla ikiqat artıq pul veririk.

Ola bilər ki, kiminsə yetərincə vəsaiti var, jest edib, təklif irəli sürmək istəyir. Amma bu, hamıya və şəxsən mənə şamil deyil. Çünki məndən savayı mənimlə birlikdə çalışan 20 nəfər işçi və onların da ailələri var. İstəyirəm ki, onlar yaxşı dolansın. Yaxşı musiqiçi yaxşı qonorar alır. Onun səninlə çalışması üçün müəyyən məbləğlər ödənilməlidir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

26.01.2021 / 16:30
 
Xəbər lenti