Məşhur aparıcı evli olan vəkillə münasibətini etiraf etdi

Məşhur aparıcı evli olan vəkillə münasibətini etiraf etdi


Aparıcı Ece Erken vəkil Şafak Mahmutyazıcıoğlu ilə sevgili olduğunu etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, o, mətbuata açıqlamasında ailəsinin və dostlarının münasibətindən xəbərdar olduğunu qeyd edib:

“Ortada nə gizli, nə də qadağan olunmuş bir münasibət var. Bu xəbəri qısa müddət əvvəl sizinlə bölüşmüşəm. İşçilərimdən ailə üzvlərimədək hər kəsin bundan xəbəri var. Biz gizlətmirik, açıq-aşkar sevgimizi yaşayırıq”.

Qeyd edək ki, Türkiyə KİV-inin məlumatına əsasən, Ece Mahmutyazıcıoğlu ilə bir ildir eşq yaşayır. Hüquqşünasın xanımı 3 ay əvvəl ərinin xəyanətindən xəbər tutduqdan sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti