“Fəxr edirəm ki, belə aparıcıyam” - Mətanət Əliverdiyeva

“Fəxr edirəm ki, belə aparıcıyam” - Mətanət Əliverdiyeva


Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə şiddətin təbliğ olunması ilə bağlı məsələdən danışıb.

Gecce.az xəbər verir ki, M. Əliverdiyeva Axşam.az-a açıqlamasında bildirib ki, feminist insandır:

“Deyirlər ki, qadına qarşı şiddəti təbliğ etmisən. Mən feminist insanam. Birinə bir şey olanda onu tanımadan sinəmi qabağa verirəm. Çöldə pişiyə nəsə olursa, ağlayıram. Baytar həkim çağırıram ki, dərdi ilə maraqlansın. Mən o aparıcılardan deyiləm ki, asqıran kimi çəkim özümü göstərim. İnstaqramda şəkillərimi belə görə bilməzsiniz. Kanal rəhbərliyinin xəbərdarlığı ilə bağlı məlumat yayılıb. Burada mənə xəbərdarlıqdan söhbət gedə bilməz. Mən sözlərimi məcazi mənada demişəm. Arada qrammatikanı oxusunlar. Dedim ki, insan bir balaca həyat yoldaşından çəkinməlidir. Demədim ki, zorakılıq, təpik... Mən özüm də həmin kişinin “gözünü çıxararam”. Oğlum həyat yoldaşına əl qaldırsa, birinci özüm onun “canını alaram”.

Əliverdiyeva həmkarlarının bəzilərinin onun paxıllığını çəkdiyini bildirib:

“O aparıcıların hamısından iyrəndim. Fəxr edirəm ki, belə aparıcıyam. Hər addımbaşı izlənirəm, gündəmdəyəm, söz-söhbətin içindəyəm. Bunu yaradanlar isə həmkarlarımdır. Çox ayıb olsun. Məsələ artıq aydınlaşıb ki, necədir. Verilişin müəyyən hissəsinə baxıb ona uyğun reaksiya verirlər. Bu, özü savadsızlıqdır. Sonrasını bilmirlər nədir. Elə xoşbəxt insanam ki, heç bir həmkarımla, şou nümayəndəsi ilə problemim olmayıb. Kimi dindirsən ürəklə verilişimə gəlirlər. Çünki heç kimin işi ilə maraqlanmıram”.

Xatırladaq ki, sözügedən verilişdə aparıcı qonağı olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan?” sualını ünvanlamış, o isə cavabında “1 sözə görə baş kəsərəm”, - deyə cavab vermişdi.

Bundan sonra Manaf Ağayev polisə dəvət olunub, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti