“Qadın adına ləkə gətirən....” - Aysel əsəbiləşdi

“Qadın adına ləkə gətirən....” - Aysel əsəbiləşdi


“Ağaca güvənə bilərsən. Çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir şir kimi davranar, meymunkuq etməz. Ata güvənə bilərsən, çünki yorulsa da, yara alsa da sahibini mənzilinə çatdırar, yarıyolda qoymaz”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədə yazıb. Sənətçi insanların etibarsızlığından bəhs edib.

Aysel adını çəkmədiyi tanışını isə hədələyib:

“İnsanlara güvənə bilmirsən. Onlar üzünə gülərək, arxasında xəncər gizlədən varlıqdır. Dəfələrlə şahidi olmuşam, dost, canım, bacım, quzum deyib. Arxada elə murdar işlər çevirən pis varlıq var ki... Onlardan uzaq olmaq lazımdır. Bu həyatda heç kimə güvənmək olmaz. Məsafə saxla. Allaha yaxın, bizdən uzaq olsunlar.
Həmin o qadın cinsinə ləkə gətirən, bu yazımı oxuyanda anlayacaq kimdən danışıram. Bəli, sən, ağıllı ol. Dəvə girib kolluğa, elə bilir ki, heç nə bilmirik, görmürük”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti