"Mən erməniyə "super" yazmaram" - Faiq Ağayev

"Mən erməniyə "super" yazmaram" - Faiq Ağayev


Xalq artisti Faiq Ağayev ötən gün “Şabaş” filminin qala gecəsinə qatılıb.

Sənətçi Axşam.az-ın suallarını cavablandırıb. İşlərindən söz açan müğənni bildirib ki, yaxın günlərdə yeni mahnı təqdim edəcək:
“Köhnə mahnılarımızdan biridir. Nadir Nəğd Pul və Rabil Səfərli müştərək aranjiman ediblər. Klipin çəkilişlərini çatdırsaq, bu ay başqa bir mahnıya ekran həyatı verəcəyik. Fərqli bir işə imza atacağıq. Çünki həmin texnologiyadan heç bir klipimizdə istifadə olunmayıb. Burada da çalışacam ki, bir ilkə imza atım. Adətkaram axı...”.
Müğənni deputatlığa namizəd olması ilə bağlı söz-söhbətə isə belə cavab verib:
“Qərar dünən çıxıb. Fevrala hələ var. O vaxta kimi yəqin ki, qərar qəbul edərəm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti