"15 yaşımda evdən qaçdım ki, atam məni öldürməsin" - Aygün

"15 yaşımda evdən qaçdım ki, atam məni öldürməsin" - Aygün


"Anam 180 rubl maaş alırdı. Mən isə bir oxumaqdan 100 rubl qazandım. Gördüm ki, toylardan yaxşı gəlir gəlir. Bibimin həyat yoldaşının dəstəyi ilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Şou ATV" verilişində deyib. Xanəndə bildirib ki, atası onun müğənni olmasını istəməyib.
Aygün atasına görə 15 yaşından evdən qaçdığını və tək yaşadığını söyləyib:
"15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Atam məni öldürəcəkdi ki, niyə toyda oxumuşam? Rəfiqəm Elnarənin evində qalırdım. 16 yaşımdan ev tutdum, tək yaşadım. 32 yaşımda isə qızım həyatıma girdi. Tamam başqa Aygün oldum.
2003-cü ildə atam xəstə idi, ömrünün son günlərini yaşayırdı. Həmin vaxt fəxri ad aldım. Necə sevinirdi... Atam ölüm ayağında dedi ki, "Məni bağışla, sənə əziyyət vermişəm. Səni düz tanımamışam. Mənim oğlum elə sən imişsən. Səninlə fəxr edirəm". Atamdan halallıq aldım. Mənə çox əziyyət verib, oxuduğum üçün evə buraxmırdı. Hamı şahidi oldu ki, atam məni bağışladı".
Qızı Canandan bəhs edən A.Bəylər "Canan mənim üçün yeni bir həyat olub. Həyatıma gəlişi ilə aləmi qatdı bir-birinə. Xoşbəxtlik sənət adamı üçün çətindir. Mənə qismət olmayıbsa, çalışıram qızım xoşbəxt olsun. Sənətim barədə xoşbəxtəm, amma həyatımla yox" sözlərini söyləyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti