“Son cinayət əməlim sən ola bilərsən”

“Son cinayət əməlim sən ola bilərsən”


“Bəziləri uzun illərdir mətbuatda yoxdur, fəaliyyəti sıfırdır. Bilmir ki, özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehrbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yazıb. O, dünən aparıcı Ülviyyə Alovlunun sərt açıqlamasına adçəkmədən cavab verib.

Sənətçi aparıcını hədələməkdən belə çəkinməyib: “Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən? Bir də ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, ehtiyacımız olanda işimizi həvalə edə bilərik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi. O ki, qaldı yaşadığım villaya... Cennifer Lopezin evində olmağa nə lüzum var?! Başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sənin düşündüyündən daha asandır. Bir də ki, mənə cinayətkar deyirsən... Ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

04.08.2020 / 17:00
 
Xəbər lenti