“Elnarə Abdullayeva kimdir?”

“Elnarə Abdullayeva kimdir?”


Müğənni Nigar Camal qalmaqala səbəb olacaq açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, “Show news”proqramına açıqlamasında, əvvəlcə bir neçə dəfə söz atdığı müğənni Şəbnəm Tovuzlunu sosial şəbəkədə qara siyahıya atdığını bildirib:

“Şəbnəm haqqında suala cavab verməyəcəm. Onu “iqnor” etmişəm”.

Verilişin müxbiri daha sonra Əməkdar artist Elnarə Abdullayevanın “gəlin qayınananın sözünü həzm edə bilmirsə, əşyalarını götürüb evinə getsin” sözlərinə münasibət öyrənmək istəyib. Nigar isə xanəndəni tanımadığını deyib:

“Elnarə Abdullayeva kimdir? Tanımıram! Ad olmasa da, üzdən yəqin ki, tanıyıram. Mən Elnarə Xəlilovanı bilirəm. Heç kəsin xətrinə dəymək istəmirəm. Ümumiyyətlə, xanəndələrin çoxunu tanımıram. Amma bir şey başa düşmədim, Elnarə Abdullayevanın nəsə problemi var? Onun özü, ya uşağı evdən gedib?”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

09.12.2019 / 15:30
58 yaşlı kişinin meyiti tapıldı
[center]
09.12.2019 / 14:30
 
Xəbər lenti