“Giveaway”ə görə məşhurlar bu qədər pul qazanır

“Giveaway”ə görə məşhurlar bu qədər pul qazanır


Son zamanlar instaqram sosial şəbəkəsində “Giveaway” adlı yarışma geniş vüsət alıb. Oyuna görə, avtomobil, zinət əşyaları, mobil telefon və başqa bahalı hədiyyələr, eləcə də pul mükafatı uduşa qoyulur.


İnsanların marağını oyatmaq üçün adətən “Şərtlər çox sadədir, Hədiyyələr isə möhtəşəm” başlıqlı postlar paylaşılır. İzləyicilər qoyulan vaxt ərzində statusda qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməli və həmin posta dostlarını “tag” etməlidir.

“Giveaway” oyunları ən çox bloqqer, fenomenlərin səhifəsində paylaşılsa da, son zamanlar təşkilatçılar yerli məşhurlara da müraciət edir. Yəni, “giveaway” keçirməyi planlaşdıran hər hansı bir şəxs izləyici sayı çox və aktiv olan ulduzlarla razılığa gələrək oyunu reallaşdırır.

“Qafqazinfo” “giveaway” paylaşan məşhurların aldığı qonorarın məbləğini öyrənib. Belə ki, ən böyük “giveaway” keçirən Xalq artisti Aygün Kazımova paylaşım üçün 10 min manat ödəniş istəyib.

“Eurovision” qalibi Nigar Camal və müğənni Natavan Həbibi isə bir paylaşıma görə 5 min AZN pul tələb edib. Xatirə İslam da səhifəsində “giveaway”ə yer verən ulduzlardandır. O, bir post üçün 2 min alıb.

Son zamanlar populyarlıq qazanan Aysun İsmayılova isə sözügedən layihəyə 1000 AZN-lə razılaşıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

09.12.2019 / 15:30
58 yaşlı kişinin meyiti tapıldı
[center]
09.12.2019 / 14:30
 
Xəbər lenti