Aygün Kazımovanın qardaşı həbsdən çıxdı

Aygün Kazımovanın qardaşı həbsdən çıxdı


Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, Femida.az məsələ ilə bağlı Xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini təsdiqləyib:

“Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun”.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti