“Ailə qurmuşam, 1 ay əvvəl də ata olmuşam”

“Ailə qurmuşam, 1 ay əvvəl də ata olmuşam”


Müğənni Zamiq Hüseynov ata olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi mətbuata açıqlama yayaraq bir müddət əvvəl evləndiyini, 1 ay bundan əvvəl oğlunun dünyaya gəldiyini etiraf edib:

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir.

Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Və bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib.

Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti