Sevda ərə getmək istəyir - “Eləsi var ki, çox varlıdır, amma...”

Sevda ərə getmək istəyir - “Eləsi var ki, çox varlıdır, amma...”


“Dünənə qədər ailə qurmaq barədə düşünmürdüm. Çünki məni işlər, konsertlər, karyera maraqlandırırdı. İndi arzularımın çoxuna çatmışam. Yaşa dolmuş, həyatı dərk edən bir xanım kimi evlənmək istəyirəm. Ən əsası odur ki, insan özünü hazır hiss etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. O, “Show News”a açıqlamasında tez-tez sevgi etirafları aldığını bildirib:

“Hər gün mənə sevgi etirafı edirlər. Sosial şəbəkədə varam, hər gün xoş sözlər yazırlar. Neçə min mesaj gəlir, çatdırıb oxuya bilmirəm. Bunlar məni çox xoşbəxt edir. Bilirəm ki, sevərəkdən yazılan sözlərdir”.

Bundan əlavə, sənətçi öz meyarlarına uyğun bəy namizədindən danışıb: “Sevməmişəm, ümumiyyətlə bu barədə danışmağa utanıram. İndi heç nə deyə bilmirəm. Bu işlər qismətlə bağlıdır. Əsas odur ki, insan olsun. Anlayışlı, düzgün və hörmət edən... Xoşbəxtlik maddiyyatda deyil. Eləsi var ki, çox varlıdır, amma xoşbəxt deyil. İnsan qəlbən xoşbəxt olmalıdır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti