"Kaş doğuş anımı videoya çəkdirərdim" - Elnarə

"Kaş doğuş anımı videoya çəkdirərdim" - Elnarə


"Əslində tibb sübut edib ki, uşağın cinsiyyətini kişi müəyyənləşdirir. Kişi qızı doğulduğu üçün küsməməlidir, inciməməmlidir. Nə etmisən, odur da. Bunun Elnarə yox, elm deyir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Şən bazar" verilişində söyləyib. Sənətçi qız uşağı istəməyən kişiləri qınayıb.
Elnarə daha sonra doğuş anını lentə aldıran xanımlardan bəhs edib. O bildirib ki, özü belə addım atmadığı üçün peşmandır:
"Kaş mən də doğuş anımı lentə aldırardım. Düzdür, həmin xatirələr yaddaşımdan silinməz. Amma o vaxt dəb deyildi. Kiçik oğlumun 3 yaşı var. Onda bir az dəb olmuşdu, hətta təkliflər də almışdım. Özümü orada görmədim. Düşündüm ki, necə olar, yad insan məni çəkəcək. Ona görə də razılaşmadım".




Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti