Atası Mahiri təbrik etdi, o isə...

Atası Mahiri təbrik etdi, o isə...


Bu gün Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin 22 yaşı tamam olur.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə gənc hücumçunun prodüser atası Anar Mədətov oğluyla bağlı İnstaqramda paylaşımlar edib.

Mahirin uşaq vaxtıyla bağlı videolar və fotolar paylaşan Anar Mədətov onun ad gününü təbrik edib.

Maraqlıdır ki, Mahir Emreli təbrik paylaşımlarına heç bir reaksiya verməyib. Belə ki, futbolçu “story” bölməsində ona gələn onlarla təbrik mesajları paylaşıb. Lakin bu paylaşımlar arasında Anar Mədətovun təbriki yer almayıb.

Qeyd edək ki, Mədətovlar ailəsində yaranan şəxsi problemlərə görə Mahir soyadından imtina edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti