Azərbaycanda 8 tanınmışın yutubu bağlanıb

Azərbaycanda 8 tanınmışın yutubu bağlanıb


Azərbaycanın səkkiz tanınmış məşhurunun yutub kanalı silinib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hər şey daxil” proqramında məlumat verilib.

Bildirilib ki, hesabları bağlanan məşhurlar arasında Damla, Nazənin Salayeva, Elnar Xəlilov, DJ Roşka, Rəvan Qarayev və başqaları var.

Müğənni Damlanın prodüseri canlı efirə telefonla bağlanaraq bunun səbəbini açıqlayıb: “Kanalımız silinib. Bizim səhifənin adından “Youtube” kanalının rəsmilərinə məktub ünvanlanıb ki, hesabı bağlayın. Kanala bizdən əlavə tək girişi olan şəxs, hesabı idarə edən Rafis Cəfərzadə olub, ondan şübhələnirik.

Adları sadalanan tanınmışların kanalları da bir nəfərin elektron poçtuna bağlıdır. Damlanın kanalı bağlandığı üçün digərləri də avtomatik olaraq dağıdılıb”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti