Toya termosla gedən müğənnilərə söz atdı

Toya termosla gedən müğənnilərə söz atdı


Əməkdar artist Baloğlan Əşrəfov “Söhbət var” verilişində müzakirələrə səbəb olacaq açıqlama verib. Proqramda aparıcı Dilarə Əliyeva sənətçilərin toya termosla getdiyini, səsini batırmaq istəyənlərdən özlərini belə sığortaladıqlarını qeyd edib.

O, B. Əşrəfova termosunun olub-olmaması barədə sual ünvanlayıb. “Hər zaman Allaha güvənmişəm. Evindən termos gətirənlər mənə gülməli görünür. Hətta ansamblda hansısa uşağın qarşısından stəkanı götürüb hər şey içərəm. Elə şeylərə fikir verməmişəm. Ona görə də Allah məni qoruyur. Xırda şeylərdir”, - deyə əməkdar artist cavab verib.

Proqramda aparıcı Xalq artisti Bilal Əliyevin də toylara termosla getdiyini qeyd edib.

Bundan əlavə, bir neçə həftə bundan əvvəl “Şou ATV” proqramında xalq artisti Nazpəri Dostəliyevanın da məclislərə gedərkən özü ilə termos apardığı açıqlanmışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort