“Kelebek”də qaydalar dəyişdi - Türkiyəyə 1 nəfər gedəcək

“Kelebek”də qaydalar dəyişdi - Türkiyəyə 1 nəfər gedəcək


Ötən gün Bakıda baş tutan konsert proqramında “Altın Kelebek” mükafat mərasiminə namizəd olan 7 məşhurdan Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanmayıb. Buna səbəb təşkilatçıların seçim prosesi ilə bağlı dəyişiklik etməsi olub. Belə ki, dekabrın 9–da İstanbulda keçirilən dəbdəbəli tədbirə cəmi bir ulduzumuz gedəcək.


Bu barədə “Qafqazinfo”ya “M Group Production”ın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, yeni qərara əsasən, 3 yox, cəmi 1 xanım müğənni Türkiyəyə yola düşəcək:

“Əvvəl təşkilatçılar fikirləşdi ki, 7 namizəd ulduzun konsertindən 3 finalist seçilərək Türkiyəyə göndərilsin. Sifarişçi səsvermədə qalib gələn 3 sənətçinin adını gizli saxlayacaqdı və mətbuata bu barədə məlumat verməyəcəkdi. Sadəcə olaraq həmin finalistlərə hazırlıq barədə müraciət olunacaqdı. Geyim, bilet və s. Daha sonra təşkilatçıların istəyinə görə, qərar dəyişdirildi.

Düşünüldü ki, əgər qalib bir nəfər olacaqsa, niyə mükafat almayan məşhurlara əziyyət verərək İstanbula aparaq. Əslində bu addım həmin sənətçilərə hörmət əlaməti olaraq atılıb. Son bir həftə ərzində qərar dəyişdi. Dünən gecə 12-də səsvermə bitib. Son rəqəmlərdən sonra qalib bilinəcək və mətbuata ad açıqlanmayacaq. Dekabrın 9-da isə hamı mükafatı alan xanımın kimliyini biləcək”.

Qeyd edək ki, namizədlər xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərlidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort