“O, ərimə evlilik təklifi edib”

“O, ərimə evlilik təklifi edib”


Türkiyənin məşhur müğənnisi İşın Karaca həmkarı İrem Derici barədə şok açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, “İkinci sayfa” proqramına qonaq olarkən keçmiş əri Sedat Doğanla İremin sevgili olduğunu bildirib. İşın, hətta S. Doğanın evli ola-ola həmkarından nikah təklifi aldığını qeyd edib:

“Biz Sedatla boşanmamışdıq. Bir gecə dostum mənə şəkil atdı. Həmin fotonu İrem Derici “facebook” səhifəsində paylaşmışdı. O şəkildə Sedatın İrem əl-ələ tutduğu əks olunmuşdu. Həmin an dedim ki, həyat çox sərt və qəddardır, insanı yaralayır. İndiyədək heç kəs haqqında pis sözlər deməmişəm. Amma İrem Derici Sedata evlənmə təklifi edib. Halbuki o, bizim hələ evli olduğumuzu bilirdi.

Mən sadəcə olaraq onların gözlərinin içinə baxacağım günü gözləyirəm. İremin nə səsini, nə mahnılarını, nə də əxlaqını bəyənirəm. Heç kəs süddən çıxmış ağ qaşıq deyil. Amma hamının dəyərləri başqadı. İrem ümumiyyətlə mənim səhnə aldığım yerlərdə çıxış etmir. Qarşılaşmırıq, amma bir insanın həqiqi duyğularını anlamaq üçün gözlərinə baxmaq kifayətdir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort