Ebrunun Bakı konsertində yer qalmaqalı - Boş oturacaqlar

Ebrunun Bakı konsertində yer qalmaqalı - Boş oturacaqlar


Türkiyəli müğənni Ebru Gündeşin Bakı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, konsertdən əvvəl tədbir ətrafında qalmaqal səngimək bilmirdi. Təşkilatçılarla media arasında mübahisə yaşanmış, çəkilişə bir çox saytların buraxılmaması qınanılmışdı.

Bu dəfə isə diqqətimizi konsertin boş qalan oturacaqları çəkib. Saat 20:00-da başlamalı olan gecədə Ebru 40 dəqiqə gec səhnəyə çıxıb.

Tamaşaçının gələcəyinə ümid edən təşkilatçılar müğənninin çıxışını bacardıqları qədər gecikdirməyə çalışıblar. Amma bu dəqiqələr də heç bir fayda verməyib. Qiyməti 80 manatdan 800 manata qədər olan biletlərin demək olar ki, yarıdan çoxu satılmayıb. Təşkilatçılar bir müddət əvvəl açıqlama verərək, 80-100 manatlıq biletlərin satışda tükəndiyini bildirmişdi. Onlar artıq VİP biletlərin satıldığını da demişdi. Amma boş oturacaqlardan da göründüyü kimi elə satılan 80-100 manatlıq biletlər olub.

Artıq vaxtın çox gecikdiyini görən təşkilatçılar 80-100 manata bilet alanları sevindirib. Belə ki, arxada oturan bütün tamaşaçılar ön sıraya gətirilib. Ebru səhnəyə çıxanda zalı dolu görsün deyə, tək çıxış yolu bu olub. Əlbəttə ki, ön sırada tək-tük insanın oturduğunu dana bilmərik. Onların isə əksəriyyəti gecəyə dəvətnamə ilə qatılanlar idi.

Müğənninin konsertinə az sayda məşhurlarımız qatılıb. Onlar arasında aparıcılar Leyla Mustafayeva, Çiçək ləqəbli Şəhla Vakkas da yer alıb. Leyla konsertlə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb. O, "Ruhum dincəlmək əvəzinə daha da lərzəyə gəldi" sözlərini yazıb.

Gecədə digər bir məşhur isə müğənni Aygün Mahmudova olub. Aygün bir ara səhnəyə çıxaraq mahnılar da səsləndirib. Aygün üçün bu hal sürpriz olmayıb. Belə ki, ifaçı konsertdən əvvəl sosial şəbəkədə paylaşım edərək, Ebru ilə bir səhnəni bölüşəcəyi haqda xəbər vermişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort