Selena Qomezdən etiraf: "Castin qəlbimi qırdı"

Selena Qomezdən etiraf: "Castin qəlbimi qırdı"


23 yaşlı Amerikalı müğənni Selena Qomez "W" jurnalının mart buraxılışının siması olub.

Gecce.az xarici mətbuata istinadən xəbər verir ki, Castin Binerlə olan münasibətlərinin keçmişdə qaldığını söyləyən Qomez bu münasibət haqqında danışmağın onu xəstə etdiyini bildirib:

"18 yaşım olanda sevgilim vardı. Birlikdə çox xoşbəxt görünürdük və bu vəziyyəti sevirdik. Ancaq daha sonra ürəyim çox sındı. İnsanlar nə olduğunu anlaya bilmədilər, amma hər kəs bu məsələylə bağlı milyonlarla fikri bildirirdi. Mən isə bir küncdə dayanıb və başımı divarlara çırpırdım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. İndi köhnə dəftərləri açmağı heç istəmirəm. Bu məsələ məni xəstə edir. Münasibətimiz tamamilə bitdi. Castinə yaxşı və sağlamlığının yerində olmasını arzu edirəm. Amma münasibətimiz davam edə bilməzdi".

Selena Qomezdən etiraf: "Castin qəlbimi qırdı"

Selena Qomezdən etiraf: "Castin qəlbimi qırdı"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti