Ebru Bakıda jurnalistlərlə görüşəcək?

Ebru Bakıda jurnalistlərlə görüşəcək?


Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Bakıda konsertdən əvvəl mətbuatın qarşısına çıxmayacağı barədə məlumatlar yayılıb.


News24.az iddia edir ki, sənətçi media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib.

Konsertin təşkilatçısı Leyla Xəlifəli “Qafqazinfo”ya açıqlama verərək məsələyə aydınlıq gətirib. O, mətbuat konfransı ilə bağlı yayılan məlumatların doğru olmadığını qeyd edib:

“Ümumiyyətlə, konsertdən əvvəl mətbuat konfransı nəzərdə tutulmayıb. Sadəcə olaraq biz mətbuata açıqlama vermişdik ki, müğənni ilə danışıqlar aparılır. Bunu da qeyd edim ki, konsert mediaya qapalı deyil. Sadəcə olaraq müəyyən bir sayda mətbuat nümayəndələri konsertdə iştirak edəcək”.

Qeyd edək ki, E. Gündeş noyabrın 3-də Heydər Əliyev adına Sarayda solo konsert verəcək.

Konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort