Roza Zərgərlidən Namiqə sərt sözlər: "Məni kimsə hədələyə bilməz"

Roza Zərgərlidən Namiqə sərt sözlər: "Məni kimsə hədələyə bilməz"


“Namiq mənə şərt qoydu ki, başqa meyxanaçı varsa, mən gəlməyəcəm. Heç bir kəs kiminsə evinə qonaq gəlirsə, ona şərt qoya bilməz”.

Bu sözləri “ATV maqazin onlarla”ya açıqlamasında müğənni Roza Zərgərli meyxanaçı Namiq Qaraçuxurlu haqda deyib. O, bildirib ki, Namiq meyxana ustadı Nizami Rəmzi haqda hazırlanan verilişə gəlməyib:

“Öləndən sonra kimsə onun adı ilə reklam tutur, özünü onun davamçısı kimi göstərir, amma elə deyil. Bəlkə mən yaxşı iş gördüm, səhvini başa saldım. Zərgərliyə şərt qoyur. Yuxuda görər onu. Mən şərtlə yaşayan insan deyiləm. Heç kim özündən getməsin. Məni kimsə hədələyə bilməz. Nizami Rəmzi elə bir ustad, peşəkar olub ki, istəmədim onun verilişi ucuzlaşsın".

Qeyd edək ki, Roza Zərgərli ATV kanalında "Bakı vaxtı ilə" verilişinə aparıcılıq edir.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort