"Xəstəliyim başlayır özünü göstərməyə" - Zülfiyyə

"Xəstəliyim başlayır özünü göstərməyə" - Zülfiyyə


Xərçəngdən əziyyət çəkən ATV-nin aparıcısı Zülfiyyə Bayramova yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, bu haqda o, özü xəbər verib. Zülfiyyə bildirib ki, xəstəliyi tez-tez ağırlaşır:

"Xəstəliyim çox qısqancdır. Görəndə ki, işimdə-gücümdəyəm, əzizlərimin əhatəsindəyəm və bunu heç saymıram, başlıyır özünü göstərməyə. Deyir, mən də varam, mənə vaxt ayır. Məcburən dünənimi onunla keçirdim.

İndi isə evə gedirəm və yenə də əzizlərim, sizinləyəm. Həmişəki kimi sizin sabahınızı bax bele gülər üzlə salamlayıram. Şükür Allaha ki, bizə gözəl günlər nəsib edir".

Qeyd edək ki, İlqar Mikayıloğlunun həyat yoldaşı olan Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort