Ekranlara trans olaraq qayıtdı

Ekranlara trans olaraq qayıtdı


Bir daha kino və seriallarda rol almayacağını deyən aktrisa Sevda Dalğıç üç il sonra ekranlara geri qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, o, məşhur “Avlu” serialında Bade adlı transseksual obrazını canlandırmağa başlayıb.

34 yaşlı aktrisa Türkiyə KİV-lərinə açıqlamasında rolunu çox bəyəndiyini bildirib: “Uzun müddətdir kişisayağı obrazlardan qaçırdım. Bu dəfə tamam başqa bir şey oldu. Çətin rolu canlandırıram”.

S. Dalğıç deyib ki, obrazı üçün həftədə 6 dəfə idmanla məşğul olur, 5 dəfə yemək qəbul edir.

Qeyd edək ki, Star TV-də yayımlanan “Avlu” reytinq siyahısında ilk 5-likdədir. Ekran işində Demet Evgar, Ceren Moray və Nursel Köse kimi məşhur simalar rol alıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort