57 yaşlı əməkdar artist maşın almaq üçün sponsor axtarır

57 yaşlı əməkdar artist maşın almaq üçün sponsor axtarır


Əməkdar artist Nahidə Orucova sponsor axtarır.

Bu haqda aktrisa "Hər şey daxil" proqramında deyib. Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Orucovanın avtomobilini dəyişmək üçün kömək istədiyini söyləyib:

"Nahidə xanım, avtomobilini dəyişmək istəyir. Deyir ki, imkanım yoxdur, sponsor axtarıram. Bunu zarafatla demirəm, özü də təsdiqləyə bilər. Bəlkə kimsə və ya hansısa şirkət kömək etmək istəyər".

57 yaşlı aktrisa özü də Tolikin sözlərini təsdiqləyib:

"Aktyorların maaşı imkan vermir buna. 10 il əvvəl güc-bəla ilə maşın aldım. İndi dəyişməyə ehtiyacım var. Arada vurmuşam, bəzi yerlərdə nasazlığı var. İmkanım da yoxdur yenisini almağa".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort