“Röya elə məbləğə toya gedir ki...”

“Röya elə məbləğə toya gedir ki...”


“Rusiyadakı toy bazarına qapını kimsə yox, Allah açır. Məsələn, siz yeməklərdən bozbaşı sevirsiz. Mən məcbur sizə aş yedirdə bilərəm? Yox! Toy sahibi də belədir. İstəsə Röyanı, məni, Rozanı və başqalarını toyuna çağıracaq. Hər şey istəyə bağlıdır, məcburiyyət yoxdur”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Sevinc Səfərova deyib. O, əkizlərin Rusiya toy bazarına Xəyyam Nisanov və Röya Ayxanın küsülülüyündən sonra daxil olması barədə yayılan məlumatlara münasibət bildirib:

“İl yarım bundan əvvəl Röya Ayxan 2-3 dəfə Moskvadakı toylara gedibsə, biz 3 ildən çoxdur ki, həmin məclislərdə iştirak edirik. Hər zaman söyləyirəm ki, bizim qazancımız Rusiya bazarından gəlir. Əgər Xəyyam Nisanov bəzilərinin dediyi kimi belə edirsə, Allah ondan razı olsun! Çünki o, iki bacının ailəsini dolandırmağa köməklik göstərir. Amma bu məlumatı qəribə formada təqdim edirlər. Xəyyam orada “palajeniya”ya baxmır. Bu nə deməkdir? Xəyyamın tərbiyəsinə yaraşmaz, o kişidir, başqaları ilə səhv salmasınlar”.

S. Səfərova Röya Ayxanla problemlərinin olmadığını qeyd edib: “Röyayla aramızda nə problem var ki, kimsə ondan acıq çıxmaq üçün bizə yaxınlaşsın? Şəxsən məndən soruşsaz, hörmətlə başımı əyib onlara salam verəcəm. Doğrudan da, bu münasibəti ətrafımızda olan insanlar yaradır. Səmimi danışıram, ağlıma gəlməzdi ki, yazacaqlar ki, Röya Ayxan Moskva toyunda yoxdur, onun yerini Sevil-Sevinc tutar. Röya Moskvaya elə bir məbləğə gedir ki, ildə bir dəfə toyu ola bilər və həmin bazarda bir çox azərbaycanlı müğənnilər də var. Mən ayda 3 dəfə Rusiyada toya gedirəmsə, demək ki, oranın bazarına girmişəm? Belə şey yoxdur”.

Xatırladaq ki, bir müddət əvvəl mediada uzun illərdir ki, dostluq edən, duet oxuyan əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanovun dostluğunun pozulması barədə xəbər yayılıb. İddia olunur ki, bu küsülülük toy bazarına da öz təsirini göstərib. Rusiyada xeyli toyları olan və həmkarlarını məclislərə dəvət edən Nisanov baş verən soyuqluqdan sonra Röyanı o siyahıdan çıxarıb. Onu Sevil və Sevinc Səfərovalar əvəz edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort