Arda Berkayın arvadına sataşıb - “Peşmanam, öldür məni”

Arda Berkayın arvadına sataşıb - “Peşmanam, öldür məni”


Tanınmış futbolçu Arda Turanla müğənni Berkay Şahinin davasının təfərrüatı məlum olub. “Qafqazinfo” xəbər verir ki, Berkayın xanımı Özlem Ada Şahin “Habertürk”ə şok açıqlama verib.

O, əri ilə kluba getdiyini, başqa stolda Arda Turanın dostları ilə əyləndiyini bildirib. Berkayın xanımı daha sonra futbolçunun ona yaxınlaşaraq sataşdığını iddia edib:

“Arda gecə klubunda qoluma toxundu və mənə yaxınlaşaraq dedi ki, “evli olmasam, səni əldən qaçırtmazdım. Çox gözəl qızsan”. Mən də ona “Nə danışırsan? Özünə gəl” cavabını verdim. Söhbətimizi Berkay eşitdi və Ardaya söylədi ki, “Xanımı evə göndərirəm, sənlə tək danışacam”. Başını mən tərəfə çevirdi və “Səni evə göndərirəm” dedi. Bu anda Arda ona yumruq vurdu.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti