"Toppuş bacı"ya pul yığdığı üçün Xatirəni qınadılar: "Pulu cibimdən qaytararam"

"Toppuş bacı"ya pul yığdığı üçün Xatirəni qınadılar: "Pulu cibimdən qaytararam"


"Bəli, mən sənət yoldaşlarımdan pul yığanda elə bilirdim səhhəti ilə bağlıdır. Biz yaxşılığımızı, insanlığımızı etdik. Zaurun proqramında məsələyə tam aydınlıq gətirdik. İndi niyə, nə üçün yığdıq biz bunu fakt xəstəlik məqsədi ilə başladıq".


Bu sözləri müğənni Xatirə İslam deyib. İfaçı xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva haqda açıqlama yayıb. Xatirə sənət dostlarından pul yığdığı üçün onu qınayanlara cavab verib:

"Mənə bunu niyə etdin? Yaxınlarımızda daha ağır vəziyyətdə olanlar var" deyənlər də oldu. Mən buna görə sənət dostlarımın, sevənlərimin gözündən düşdümsə, o məbləği cibimdən qaytarmağa hazıram. Adam bir yaxşılığı edib ətrafında bu qədər dolanmaz. Məncə hərdən insanın həyatında elə problemi olur ki, hətta xəstəlik də onun yanında yalan kimidir. Ona görə də biz Tünzalə xanımı rahat buraxsaq yaxşı olar. O da öz problemini, dərdini həll etsin təki. Biz hər şeyi Allah üçün edirik. Tək bunu yox, hər şeyi. Allah bizi qorusun. Bizim səhnədə, sənətdə çalışan, vuruşan, sevilən ulduzları qorusun. Biz də yaxınlara, dostlara imkan daxilində əl tuta bilək.
Bir də yazırsız ki, "Məbləği niyə açıqladız?". Açıqlamağı müğənni dostlarım istəməyə bilər, amma mən pul məsələsində çox dəqiq insanam. Bəlkə kimsə düşünərdi ki, 20 olmalıydı, niyə 17 oldu? Hər şey su kimi aydın olsa yaxşıdır. Mən də rahat olum, onlar da. Lənət olsun içimdəki bu dəqiqlik hissinə. Halallıq gözəldir".

Qeyd edək ki, aktrisa "Bizimləsən" verilişinə qatılıb və evinin ipoteka krediti üçün pul toplayıb. Onun xəstəliyindən istifadə edib, insanlardan kredit üçün pul yığması sosial şəbəkədə müzakirələrə səbəb olub

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort