Beren Saat dünyada ikinci oldu

Beren Saat dünyada ikinci oldu


Ötən gün oranqutanları müdafiə edən şəxslərin statistikası açıqlanıb. Bir müddətdir ekranlardan uzaq olan aktrisa Beren Saat Oskar mükafatçısı Emma Thompsondan sonra ikinci olub.

Aktrisa İndoneziyada yağışın meşələri talan edərək oranqutanların həyatlarını təhlükəyə atan palma yağı sənayəsinə qarşı kampaniyaya qoşulub.

O, kampaniya çərçivəsində “Oranqutanları xilas et” adlı animasiya filminin türkçə səsləndirilməsində də iştirak edib.

Bundan sonra 15 ölkədə aksiyaya start verilib və kinonu ingilis dilində səsləndirən Thompson İngiltərədə 104 min, ABŞ-da 34 min imza toplayıb.

Beren saat isə 11 min imza toplayaraq ikinci yerdə qərarlaşıb.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort