"Röyanı məhkəməyə vermədim, amma qızıma toxunmamalıydı" - Xalq artisti

"Röyanı məhkəməyə vermədim, amma qızıma toxunmamalıydı" - Xalq artisti


"Ağzına gələni mənə dedi, eybi yox. Onu oğluna bağışladım. Heç kimi məhkəməyə verməyəcəm. Bu adamı təzədən dilə-dişə salmaqdır. Ürəyim gəlməz Röyanı dilə-dişə salmağa. Adekvat adamam, mənə kim necə münasibət göstərir, onu da qaytarıram".

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Bir müddət əvvəl sosial şəbəkədə əməkdar artist Röya Ayxanı məhkəməyə verməsi ilə bağlı paylaşıma münasibət bildirən Kərimova fikrindən daşındığını söyləyib. Müğənni bildirib ki, Röyanın onun qızının adını çəkməsinə əsəbiləşib:

"Əgər o, mənim qızımın üstünə getməsəydi, bu sözləri deməzdim, söhbətə qayıtmazdım. Onu ayrı xanım kimi görmək istəyirəm. Düşünürəm ki, nə vaxtsa, ayrı xanım olacaq. Bu yaxınlarda demişdi ki, heç kimlə ədavət etməyəcəm, oğlum böyüyür. Çox sevindim, dedim etməz. Bir də gördüm qızıma söz deyir.

Mənim övladıma söz demək olmaz. Onun həyatı başqa cürdür. Üç şeyə dözə bilmərəm: övladıma, millətimə, bayrağım və himnimə sataşanlara. Ölümə gedərəm... Vətəninə vurğun insanam. Kiminsə ürəyinə dəymirəm, nəsə edəndə ürəyim ağrıyır. İnsanın arxasında ailəsi var axı. Röya bunu düşünmür.

Mənə sataşana cavabım var. Allahdan aşağı kim mənə sataşsa, ona deməyə cavabım var. Alnıaçıq yaşamışam. Övladlarım da belə yaşayır. Evimdəki qızlarıma, Yaqutuma (köməkçisi - red.) belə, bir adam söz deyə bilməz. Məni İnstaqramda müdafiə edənlərin də mənə görə alnı açıqdır".

Qeyd edək ki, F.Kərimova ilə Röya arasında uzun müddətdir qalmaqal gedir. Kərimova müğənni ilə bağlı köşə yazısı yazmışdı. Qarşı tərəf də ona sərt sözlərlə cavab verib. Sonuncu dəfə isə Röya Kərimovanın qızına müraciət edərək “Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu” sözlərini deyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort