“Əsl qadın evinin xanımı olar. Sosial şəbəkələrdə “gəzməz” Məhşur müğənni Nadir Qafarzadədən açıqlama.

“Əsl qadın evinin xanımı olar. Sosial şəbəkələrdə “gəzməz” Məhşur müğənni Nadir Qafarzadədən açıqlama.


Son günlərdə Sosial şəbəkələrin yayımladığı Fira Cəlilova ilə Nadir Qafarzadənin söz savaşından geniş bəhs edilir. Kimlərsə Fira Cəlilovanı, kimlərsə nadir Qafarzadəni haqlı çıxartmağa çalışır.


Biz "Xəbəraz.az " informasiya agentliyi olaraq haqlı-haqsız araşdırmaq fikrində deyilik. Çünki hər kəs düşüncəsinə görə fikir yürütmək iqtidarına malikdir. Sadəcə Tanınmış müğənni Nadir Qafarzadənin adı gedən söz-söhbətlə bağlı fikirlərini öyrənməyə çalışdıq. Əslinə qalarsa Nadir bəylə etdiyimiz söhbətdən sonra (bu şəxsi fikirdir) ona haqq qazandırmaya bilmərik. Daha doğrusu onun birbaşa haqlı olduğunu söyləmək istərdim. Bizi belə düşünməyə vadar edən Nadir bəyin maraqlı fikirləri ümüd edirik siz oxucularımız üçün də maraqlı olar.
Nadir bəyə ailədə kişinin ev işlərini üzərinə götürməsi ilə bağlı sualımıza ilkin olaraq çox dəyərli bir cavab aldıq. “Eh, hanı o analar ki, hər cür ağrı-acıya qatlanaraq körpələrini özləri dünyaya gətirərdilər. O vaxt məgər pampers var idi?. Özləri körpələrinin altını dəyişib, əsgisini yuyardılar. Fiquram pozulmasın deyə körpəsini ana südündən məhrum etməzdilər. Bütün bunlarla yanaşı ailənin bütün qayğılarını çiyinlərində daşıyardılar. İndiki kimi paltaryuyan, tozsoran, qabyuyan bir sözlə müasir məişət cihazlarının nə olduğunu bilmirdilər. Böyük-kiçik ərkanı gözləyib,həyat yoldaşlarının ata-analarının, bacı-qardaşlarının qulluğunda dayanardılar. Axşamlar həyat yoldaşları evə döndükdə isə üzlərində heç bir narazılıq ifadəsi olmadan ərlərinin qayğısına qalırdılar. Getdi o qadınlar, o analar. İndiki qadınlara isə, nə demək olar? Müasir dövrün qadınlarıdır. İndiki qadınların ən dəyərli və müqəddəs hissi hesab edilən ANALIQ duyğuları sanki dayəlik xidməti ilə əvəzlənib. Uşaq dünyaya gələr-gəlməz süni vasitələrlə hazırlanmış pampersi geyindirib, süni qidaları körpənin ağzına dürtdələyib, həyatlarının anlamı olan telefona sarılırlar. Saatlarla sosial şəbəkələrdə gərəksiz saitlərin, gərəksiz təbliğatları ilə günlərini keçirdirlər. Ya da bir-birini əvəz edən seryalların vaxtını qaçırmamaq üçün ekran qarşısından durmurlar. Siz. Məndən Fira Cəlilovanın kişılərin ev işləri ilə məşqul olması, qab yuması sorğunuza tək onu deyə bilərəm ki, bu qadına gündəm lazım idi və buna da nail oldu. Başqa bir fikir söyləməyə gərək görmürəm. Mənim özümün çox xoşbəxt ailəm var.İyirmi beş ildir mən həyat yoldaşımla xoşbəxt ailə həyatımızı yaşayırıq. Övladlarımızı tərbiyyə edirik. Həyat yoldaşım ali təhsilli qadındır. Buna baxmayaraq heç bir sosial şəbəkələrdən istifadə etmir. Onun bütün şəbəkələri ailəsi və övladlarıdır. Son illər baş alıb gedən gənc ailələrin boşanması, qısqanclıq zəminində baş verən qətl hadisələri, gənc qadınların evini, ailəsini tərk edib qaçmaları insanı dəhşətə gətirir. Axı bizim millətimiz bu deyildi. Kim yazdı bunları bizə? Mən nə qədər danışsam da acı gerçəkliyi dəyişən deyiləm. Sadəcə onu söyləmək istəyirəm ki, ailədə kişinin kişi işi, qadının qadın işi vardır. Necə ki, böyük Sədi Şirazi demişdir:-“Arvadı bazara göndərən kişi, gərək arvad kimi görə ev işi" Qadın evində davranışı ilə müəllimədir. Ailənin tərbiyyəçisidir. Həyat yoldaşı ilə münasibətlərində övladlarına gələcəkdə öz ailələrin necə qurulmasına yol göstərən müəlliməsidir. Ona görə də qadın evinin həm şahzadəsi, həm də xidmətçisidir“
Məhşur müğənnimizin ailə və sosial problemlərlə bağlı ürəyi çox dolu idi. Düzünü etiraf edək ki, Nadir bəyin söhbəti bizlərin də ürəyindən xəbər verən notlara toxundu və biz də öz növbəmizdə Nadir Qafarzadəyə xoşbəxt ailə səadəti, övladlarının sevincini yaşamağı nəsib olmasını diləyirik. Amin!
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort