Fədayə Laçın bu gün hakim qarşısına çıxır

Fədayə Laçın bu gün hakim qarşısına çıxır


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının cinayət işi üzrə məhkəmə iclası başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, hazırlıq prosesi hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səbaildə su olmayacaq

23.10.2018 / 18:00
 
Xəbər lenti
                                     
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                     
ankara escort