"Zəhləmgetmiş... Yola ver getsin"

"Zəhləmgetmiş... Yola ver getsin"


Müğənnilərimiz gündə bir yeni mahnı təqdim edir. Onların bir çoxunun ömrü qısa olur. Bəzilər sadəcə təqdim edildiyi gün dinlənilir, bəziləri sadəcə bir ay gündəmdə olur. Amma bir çox mahnılar var ki, onların içərisində yer alan hansısa bir söz dillər əzbəri olur. Çoxları bu kəlmənin hansı bəstədə yer aldığını yadında saxlamasa da, tez-tez istifadə edir.

Axşam.az mahnıların özündən çox məşhur olan kəlmələrini təqdim edir.

Siyahımızda ən çox xalq artisti Aygün Kazımovanın mahnılarındakı sözlər yer alıb: “Sus”, "Mənə elə baxma", "Sevgiyə var endirim, gedim şopinq edim" ("Yaraşdın mənə" mahnısından). Son günlər isə işıqda yaranan problemdən sonra Kazımovanın mahnısındakı "Qoy işığı söndürüm" kəlməsi hər kəsin dilindədir.

Müğənni Elvin Abdullayevin "Yola ver getsin" mahnısındakı bu kəlməni insanlar tez-tez istifadə edirlər. Elə bəstədə bu sözün əsasında yazılıb.

Müğənni Zamiq Hüseynovun “Sən necə də gözəlsən” mahnısı illər əvvəl işıq üzü görsə də, indiyənə kimi aktualdır.
Müğənni Günay İbrahimlinin “O kimdir ki...” sözlərini yəqin ki, işlətməyən yoxdur. Sənətçinin digər mahnısındakı "Peşmanam" kəliməsi də dillər əzbəridir.

Əməkdar artistlər Röya Ayxanla Miri Yusifin "Səndən bir dənədir" mahnısı “Məndən bir dənədir” formasında məşhur olub. Röyanın Ceyhun Zeynalovla oxuduğu “Zəhləmgetmiş” mahnısındakı bu ifadə də bir-birimizə qarşı tez-tez işlətdiyimiz sözdür.

Müğənni Elnarə Xəlilovanın “Ay qız oyan” mahnısındakı bu kəlməni yəqin ki, çoxlarımız ətrafımızdakı insanlara deyirik.

Əməkdar artist Tünzalə Ağayevanın “Hər şey yaxşı olacaq” mahnısı da təsəlli verərkən istifadə edilən sözlərimizdəndir.


Ceyhun Zeynalovun “Buludlar” mahnısındakı "Bütün keçmiş qızlarıma deyin salamlar" cümləsini oğlanların dilindən tez-tez eşidirik.

Əməkdar artist Xumar Qədimovanın da “Süzün badələrə” mahnısındakı bu sözü tez-tez yadımıza salırıq.

Xalq artisti Zeynəb Xanlarovanın “Dünyanın xoşbəxti mənəm dünyada” kəlməsi illərdir ki, aktuallığını itirmir.

Xalq artisti Flora Kərimovanın “Tapar məni” mahnısındakı "Harda bir it varsa, gəlib tapıb qapar məni" kəliməsini bəxtindən şikayətlənən çox adamın dilindən eşitmişik.

Müğənni Sevda Yahyayevanın “Tut əlimdən” mahnısındakı bu cümlə də dilimizdə sitata çevrilib.

Əməkdar artist Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısının bu sözləri isə zarafat məqsədi ilə çox istifadə olunur.

Müğənni Nazəninin oxuduğu mahnılar arasında ən çox dillərə düşən kəlmə isə “Çıxaq gedək buralardan”dır.

Meyxanaçı Namiq Qaraçuxurlunun “Deyirlər qar yağacaq” mahnısındakı bu sözü qışda hər gün istifadə edirik.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti