“Gedim intihar edim?” - Elza əsəbiləşdi

“Gedim intihar edim?” - Elza əsəbiləşdi


Əməkdar artist Elza Seyidcahan “10-dan sonra” proqramının qonağı olub.

Müğənni verilişdə Ceyhun Qalanın “ATV maqazin onlarla”da şəklini yandırmasına münasibət bildirib:

“Gedib bəzi müğənnilər “malyar” (rəngsaz) işləyib, indi mahnını kompüterlə düzəldib musiqini malalayıb, camaata ötürür. Axı yaxşı “malyar”dır. Yaxşı “malyar” musiqiçi ola bilməz. Mən şəkil yox, mahnı yandırıram. Kim də yandırır özü həyatda özünü əməlləri ilə yandırır. Mənim sənətdə tələbələrim də, tör-töküntülərim də var. Mən tör-töküntülərdən danışmıram.

O, adamları tanımıram. Sən (aparıcı Yusif Ağayev) burada mənə təcavüz edirsən. Gedim intihar edim? Sən məni intihara sürükləyirsən. Bu şəkilləri kənara qoy, sənətdən, musiqidən danış. Mənim üsyanım sənin kimi insanlarla ola bilər. Cılız, sənəti anlamayanlarla işim ola bilməz. Səni də bunlar haqda sual verdiyin üçün məhkəməyə verə bilərəm. Çünki məni əsəbiləşdirirsən”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort