“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” - Əli Mirəliyev

“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” - Əli Mirəliyev


Bu dəfə “Səhər-Səhər” verilişinin qonağı müğənni Əli Mirəliyevin nəvəsi olub.

İfaçı Əli adlı nəvəsinin anası tərəfindən tərk edilməsindən danışıb:

“Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənə və babaya... O, uşaq 12-13 yaşında olarkən gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl, gör! Axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç uşaqla görüşməyib, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da... Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonunu da vermiyib. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yeməy də vermirdilər”.



"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort