Röya Aygünü bağışladı - “O an gözlərim doldu”

Röya Aygünü bağışladı - “O an gözlərim doldu”


Əməkdar artist Röya Ayxan aylardır ki, qalmaqal yaşadığı və məhkəməlik olduğu Aygün Bəylər barədə açıqlama verib. Müğənni instaqram səhifəsində Aygün və qızı Cahanın fotosunu paylaşıb.

O, həmin paylaşımda Aygünü bağışladığını qeyd edib: “Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdim. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı “haram” adlandırdın. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq Yaradana sənə cavab versin dedim.

Amma o an unutdum ki, sənin qızın var. O, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Deyirlər ki, günahlarımız övladlarımızın boynuna yazılır. Bunan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın”.

Röya Aygünü bağışladı - “O an gözlərim doldu”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort