Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video

Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video


ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Proqramda sənətçinin ögey anası şok iddialar səsləndirib:

“Bunlar həmişə mənim evimdə olan insanlar idi. Vidadi Bərdəli ölüb, o demək deyil ki, qardaşınızı danasınız. Eyni soyadı daşıyırsız. Aytac, sən bizim evə də gəlmisən, biz yası eyni evdə vermişik. Vidadi Aytacla danışmayıb, onun oxumağına qarşı olub. Deyib ki, bir oxuyan var. Qızımın müğənni olmağını istəməyib. Amma Aytac mənim əziyyətimi yerə vurub. Mənim oğlumun Aytacla danışmamasına səbəb onun haqqında olan söz-söhbətlərdi, onun hərəkətləridi. Bir dəfə evdən qaçmaq söhbəti oldu. Oğlum Aytaca zəng vuranda başqa bir oğlan telefonu götürdü. Oğlum da əsəbiləşdi. Vüqar ilk dəfə Bakıya gələndə mən saxlamışam. Vidadi 5 il onların anası ilə danışmayıb. Mənim molla kəbinim də var. Atanın adı ilə şöhrətlənirsən amma oğlunu saymırsan. Vidadinin ölməyinə səbəb sən Aytac olmusan”.

Qardaşları ilə birgə efirə gələn Aytac, ögey anası tərəfindən səsləndirilən fikirlərdən təngə gəldiyini bildirərək bu məsələyə son qoymaq istədiyini bildirib:

“Xanım çox emossional danışır. Baxan deyər ki, yazıqdır. Amma o, bizim ailəmizə zülmlər verib. Sən deyildin bizim balkona daşlar atan? Atamı anamdan ayırmaq istəyirdin. Tuncay zəng edəndə telefonu yoldaşım götürüb. Mənim haqqımda nə şayə ola bilər ki? Ürəyin nə qədər istəyir danış”.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti