Ancelina Coli İraqda - Video

Ancelina Coli İraqda - Video


Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli İraqın Mosul şəhərinə səfər edib.

Ramazan bayramı ərəfəsində Mosul sakinləri ilə görüşən aktrisa hisslərini belə bölüşüb:

"Buradakı insanlar hər şeylərini itiriblər. Özlərini yenidən bərpa etməyə çalışırlar. İndi burada durmuşam, sanki ətrafdan ölən cəsədlərin qoxusu gəlir. Sakinlər də ailə üzvlərinin öldüyü məkanı tərk edə bilmirlər. Amma bütün bunlara baxmayaraq, hamı xoşbəxtdir. Çünki ötən il Ramazanda onlar əsarət altında idilərsə, bu Ramazan azaddırlar".

Qeyd edək ki, bu, Colinin İraqa sayca beşinci səfəridir. Mosul ötən ilin iyulunda terrorçulardan azad olunub.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti