Bunu etsələr maşın əllərindən alınacaq

Bunu etsələr maşın əllərindən alınacaq


Xalq artisti Murad Dadaşov "Maşın" şou ilə bağlı yayılan bəzi xəbərlərə cavab verib.

Şoumen Roza Zərgərlinin Uran və Hüseyn Əzizoğlu ilə işbirliyi qurması xəbərlərinə aydınlıq gətirib:

"Guya, Roza Zərgərli Uran və Hüseynlə danışıb və maliyyə təklif edib. Deyib ki, sonda üçlükdə biz qalanda Hüseyn sənə nə lazımdı? Əlini çəkərsən, sonra da Uran. Siz təmin olunacaqsınız. Qalib olaraq bir jest edəcəm. Bütün xalqın xatirələrində Roza Zərgərli kimi xeyirxah, mələk kimi qalacam.

Əlimizdə buradakı iştirakçıların bizimlə imzaladığı müqavilə var. Bunun əsasında bizdə məlumat olsa ki, hansısa bir maliyyə danışıqları olubsa, oyuna pozuntu gətirəcək hal varsa, nəticə ləğv olunacaq. Avtomobil əlinizdən alınacaq və əziyyətiniz yerdə qalacaq. Bunu sübut etmək çox asandır".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti