“Bu xəbəri hamı ağlaşma ilə qarşıladı”

“Bu xəbəri hamı ağlaşma ilə qarşıladı”


Ötən ay “Əməkdar artist” fəxri adına layiq görülən Könül Kərimova “Şou məkan” proqramının qonağı olub.

Müğənni verilişdə bu adı çoxdan gözlədiyini qeyd edib:

“Uzun illərdir ki, gözləyirdim. Qismət bu günə imiş. Bir şeyi ki, illərlə gözləyirsən, bax, o, sənə çox dəyərli, əziz olur. İllərdir, çəkdiyin əziyyətin bəhrəsini gördükdən sonra necə adi qarşılamaq olar? İnanın, deyirdim ki, sevincdən adamın ürəyi partlayar. Bu ad mənə hər şeydən əzizdir. “Əməkdar artist” adı mənə ən böyük titullardan əzizdir”.

Könül Kərimova ilk dəfə həmkarı Nüşabə Ələsgərlinin onu təbrik etdiyini söyləyib:

“Günorta idi. Telefon səssizdə idi. Ancaq hiss edirdim ki, zəng gəlir. Telefona baxdım. Sözün düzü, bir az qorxdum, narahat oldum. Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin siyahısına baxdım ki, qoy, görüm birinci kim zəng edib. Baxdım ki, Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri eşidəndə donub qalmışdım. Baxıram ki, özümüzünkülərdən heç kəs yoxdur. Nə anam, nə bacım, nə qardaşım, nə oğlum, nə qızım..

Deyirəm, ay Allah, bunlar hardadır görəsən? Ona görə ağlım yüz yerə getdi. İraq olsun, bəlkə, nəsə hadisə var, mənim xəbərim yoxdur. Niyə yatırlar, xəbərləri yoxdur. Ağlaya-ağlaya qardaşımı yığdım. Bilirdim ki, o xəbəri məndən də çox gözləyirdi. O uşağı da orada qorxutdum. Qışqırdı ki, nə olub? Dedim, mənə ad veriblər. Anam da rayonda idi. Hamı ağlaşır. Bu xəbəri gülə-gülə qarşılayan yoxdur da, hamı ağlayır”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti

Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                                          
ankara escort