Hüseyn də "Maşın"dan getdi? - Video

Hüseyn də "Maşın"dan getdi? - Video


Günü-gündən həyəcanının artdığı "Maşın" realiti-şouda daha bir maraqlı hadisə baş verib.

Veriliş başlayan kimi aparıcı, xalq artisti Murad Dadaşov ötən gün baş vermiş bir məsələyə aydınlıq gətirib.

O, dünən İlhamə Bədəlovaya qalib gələn Hüseyn Əzizoğlunu yanına çağırıb və bir video nümayiş etdirib. Həmin videoya əsasən bi çox saytlar ötən gün Hüseynin səhvən əlini maşından götürdüyünü yazıblar.

Murad isə izləyicilərin və media işçilərinin yanlışlığa yol verdiyini bildirərək, görüntülərin daha aydın göstərilməsini xahiş edib. Məlum olub ki, bloger bir əlini maşına qoyduqdan sonra digəri ilə maşın üzərində alqış edib.

Hüseyn yenidən maşın ətrafına qayıdıb və oyununa davam edib.




Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort