"Bunlardan ayrılmaq mənə xeyirdir" dedi və getdi - Video

"Bunlardan ayrılmaq mənə xeyirdir" dedi və getdi - Video


Bu gün “Maşın” realiti şousunun üçüncü günüdür.

Getdikcə rəqabətin daha da qızışdığı şouda bu gün tamaşaçılardan səs istəməyə reper Uran çıxıb.

O, səs topladığı təqdirdə verilişdən aparıcı Azər Axşamı uzaqlaşdıracağını deyib.

Uran sonda 73,73 faiz səs toplayıb. Reper özünün üstündə durub və verilişdən Azəri uzaqlaşdırıb.

A.Axşam proqramda son nitqini söyləyib:

"Biz burada bir yarışmaya gəldik. Yarışdıq və hər kəsin taktikasını alqışlayıram. Verilişə gəlmədən öncə demişdim ki, "Məblubiyyəti gözə almayan insanın burada işi yoxdur. Bir də hər zaman bir dua edirəm, Allah deyirəm ki, xeyirlisi nədirsə, o da olsun. Deməli, bunlardan ayrılmaq mənə xeyirdir".

Qeyd edək ki, hazırda "Maşın" ətrafında aparıcılar Mətanət Əliverdiyeva, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva dayanıb.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort