Həftə sonu istirahətə çıxanlar üçün hava xəbərdarlığı » Gecce.Az Xəbər Portalı
Həftə sonu istirahətə çıxanlar üçün hava xəbərdarlığı

Həftə sonu istirahətə çıxanlar üçün hava xəbərdarlığı


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecce.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq, mayın 26-sı axşama doğru, 27-si gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.

Mayın 27-si axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 26-da 24-29, dağlıq rayonlarda 14-17, mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Lakin mayın 27-də gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Mayın 27-si gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu mayın 26-sı 28-33, mayın 27-də isə 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu mayın 26-sı 25-30 dərəcə isti təşkil edəcək. Mayın 27-si səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort