"O, mənə atalıq etməyib" - Rəqsanə

"O, mənə atalıq etməyib" - Rəqsanə


Müğənni Rəqsanə İsmayılova “Hər şey daxil” verilişinin qonağı olub.

Sənətçi proqramda atasından danışıb və ağlayıb. O bildirib ki, atası sağdır və çox varlıdır:

“Qızların hər zaman bir tərəfi olmur. Ata qayğısı görməmişəm. Ata sözü deyəndə mən də, bacım da həsədlə baxmışıq. Bizim 3-4 yaşımız olanda getdi. İndi atam sağdır. Anama dedim ki, atamı axtarım. Dedi ki, get axtar, amma pis olurdu. Bu gün atam olsaydı... Ola bilsin atalıq etməyib, başımızın üstə durmayıb. Yanımızda olsaydı, başımızın üstündə dursaydı, arxamda kişi olardı”.

Qeyd edək ki, bir neçə il əvvəl Rəqsanə verilişlərin birində atasını axtarmışdı. Atası isə onu qəbul etməmişdi.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti