Tanınmış müğənnilər Tural üçün “Nəfəs”ə qatılacaq

Tanınmış müğənnilər Tural üçün “Nəfəs”ə qatılacaq


Sabah, yəni mayın 24-də paytaxtın əyləncə mərkəzlərindən birində “Nəfəs” adlı xeyriyyə konserti keçiriləcək.

Gecce.az xəbər verir ki,gecənin təşkilatçısı Azərbaycan Tələbə Gənclər Təşkilatıdır (ATGT). Layihənin ulduz səfiri isə müğənni Elnarə Xəlilovadır.

Konsertdə tanınmış müğənnilər Samira, Nura, Natavan Həbibi, Elçin Cəfərov, Emil Bədəlov, Elnar Xəlilov, Aysel Əlizadə, Qurd, Rauf Əhmədov, Kazımcan, Sima Nəsirova, Orxan Rəhimzadə, Nahidə Babaşlı, DJ Çina çıxış edəcək. Tədbirdə həmçinin Elnarənin tələbələri də səhnəyə çıxacaq. Gecənin aparıcısı Murad Arifdir.

Qeyd edək ki, konsertdə yığılan vəsait qara ciyər serrozundan əziyyət çəkən Tural Budaqovun əməliyyatı üçün sərf olunacaq.



Tanınmış müğənnilər Tural üçün “Nəfəs”ə qatılacaq


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti