Xoşqədəmin verilişi ilə bağlı XƏBƏRDARLIQ

Xoşqədəmin verilişi ilə bağlı XƏBƏRDARLIQ


Son zamanlar televiziya və saytlarda daha çox ailə problemlərini əhatə edən xəbərlər çoxluq təşkil edir. Əsasən zorlama, qətl və döyülmə faktları şişirdilərək cəmiyyətə təqdim olunur. Təəssüf ki, oxucu və tamaşaçı auditoriyası da bu cür informasiyalara daha çox maraq göstərirlər.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, mətbuatda zorlama və qətllərlə bağlı gedən informasiyalar cinayətə və onun artımına çağırışdır. Bunun qarşısının alınması və əhalinin marifləndirilməsi ilə heç bir əlaqəsi yoxdur:

"Bu cür xəbərləri verənlər ictimai münasibətlərə zidd baxanlardır. Azərbaycan vətəndaşı təfəkkürü olan insanların o qəbildən olan yazıları qara şiriftlərlə manşetə verməsi əxlaqa ziddir. Ata qızı ilə münasibətdə olur, onu mətbuata verirlər. Azərbaycan polisi, gömrük və məhkəmələr ancaq, silahın, narkotikin aşkar edilməsi ilə bağlı qısaca xülasə verir. Bu həm də əhalini çəkindirmək xarakteri daşıyır. Zorlama kimi xəbərlərin verilməsinin qarşısı alınmalıdır. İnsanlığa zidd olan bu cür hadisələrin qələmə alınması ümumuiyyətlə doğru deyil. Əgər mətbuatın belə bir informasiyası varsa öz imzası ilə əlqəli orqanlara müraciət göndərsin. Cəmiyyətə bu cür xəbərləri sırımaq doğru deyil”.

Şəmsəddin Əliyev vurğulayıb ki, bu daha çox televiziyalarda gedən şou verlişlərinin nəticəsidir: “Xəzər televiziyasında gedən “Səni Axtarıram” verlişi prokurorun, polisin, məhkəmənin işini icra edir. Uşağı atadan, anadan alırlar. Fikirlər səsləndirirlər ki, uşağı atadan almaq, qadını analıq hüququndan məhrum etmək lazımdır. Amma qanunla analıq hüququndan məhrum etmə bir başa məhkəmənin, hakimin vəzifəsidir. Bütün bunlar “Səni Axtarıram” verlişinin səlahiyyətinə aid bir şey deyil. Əgər kiminsə itməsi, yerinin təyin edilməsi, cinayət haqqında məlumat ötürülürsə bu cəmiyyətə bəlli etmədən müvafiq orqanalara ötürülməlidir. Belə çıxır ki, Azərbaycanda təkə “Səni Axtarıram” verlişi bağlı cinayətləri açır, istintaqı aparır, qatili axtarıb onu ittiham edir. Bu televiziyanən işi deyil. Bunlar bəzən səlahiyyətlərini səhv salırlar. Düşünürlər ki, mən televiziyada aparıcıyamsa prokurorun yerinə danışa, hakim qismində çıxış edə bilərəm. Qadına deyir ağlama, uşağı atasından alıb sənə verəcəm kimi ifadələr cəmiyyətdə çaşqınlıq yaradır. İnsanlar bilmir ki, məhkəmə hakimiyyəti hansıdır. Jurnalistlərin bir qismi də bunun əlehinə olmalıdır. Əgər vətəndaşın hüququ pozulubsa, onun bərpası üçün çalşırsa, ona qarşı cinayət törədilibsə o aidiyyəti qurumlara müraciət etmirsə bu aciz adamdır. Televiziya verlişləri cinayətin açılması üçün deyil. Bu cür verlişlər hüquq - mühafizə orqanlarına qarşı etibarsızlıq və etinasızlıq yaradır. Belə şey etmək olmaz. Çünki bunların hamısı dövlətin qoludur. Buna heç cür arxa çevirmək olmaz. Hüquq-mhafizə orqanlarının işçiləri vəzifələrinə başlamazdan əvvəl sədqət andı içib, imza atırlar. Düzdür bunların arasında vəzifə səlahiyyətini aşanlar da var. Hər yerdə bu var. İş varsa, nöqsan da var. Onları qoyub kimlərdənsə nəsə ummaq dilənçilikdir.Bu gedişat bizə yaxşı bir şey vəd etmir. İnsanlar artıq bütün məsələlərini televiziyalara bağlayacaq və həllini orda axtaracaqlar. Dövlətin bu qədər mexanizmi var. Yəni mən varam deməsi ilə bir televiziyanın verlişi bütün bunların üstündən xətt çəkir. Necə olur ki, insanlarımız nicat yolunu bu cür verlişlərdə tapır. Bunlar bu qədər acizdirlər, sərhədlər bu qədərmi tükənib? Belə insanları mən aciz, cəmiyyətin ən passiv üzvləri kimi qiymətləndirirəm. Siz jurnalistlər bunun qarşısını almalısınız. Azərbaycan konititusiyasında qeyd edilib ki, Azərbaycan dövlətinin təməli xalqın vahidliyi təşkil edir. Dövlətimizin təməli bizim birliyimizdən aslıdır. Biz bir olmasaq dövlətin təməli xırda küləyin təsirindən uca bilər. Bu da dövlət orqanına inamından keçir” .
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti

Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                                          
ankara escort